15 fevral 2013 15:57
Ağayevlə Yusifovun 20-ci turun oyunlarına təyinat almamasının səbəbi açıqlandı
Bu gün AFFA Hakimlər Komitəsi Topaz Premyer Liqasının 20-ci turunun oyunlarına hakim təyinatlarını açıqladı. Azerisport.az xəbər verir ki, növbəti turun təyinatları zamanı birdən-birə Əliyar Ağayev, Fariz Yusifov və Rauf Cabbarovun adına rast gəlinməməsi bir qədər təəccüb doğururdu.
Bu məsələyə aydınlıq gətirmək üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq. O, bu hakimlərin təyinat almamasına belə izah etdi:
“Bu hakimlərin 20-ci turun oyunlarına təyinat almamasına təəccüblü heç nə yoxdu. Komitə hazırda hakimlər arasında rotasiya aparır. Ona görə də çempionat oyunlarına bu və ya digər hakimləri təyin etməyə çalışırıq. Həm də eyni hakimlər hər tur təyinat alası deyil ki”.