16 fevral 2013 16:55
“Bizim üçün hər oyun final oyunu kimidi”
Topaz Premyer Liqasının 20-ci turunda doğma meydanda AZAL-ı qəbul edən “Bakı” rəqibini 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlində altıncı pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, oyundan sonra “zolaqlılar”ın çalışdırıcısı Bojidar Bandoviç bunları dilə gətirib:
“Bizim üçün hər oyun final oyunu kimidi. İlk hissədə qol vurmaq üçün şanslarımız oldu. İkinci hissəyə daha yaxşı başladıq. Qalib gəldik, qələbə bizə çox lazım idi. Oyunçularımı təbrik edirəm, qələbə üçün əllərindən gələni etdilər. Rauf Əliyev milli komandanın düşərgəsində olduğundan bizimlə toplanış keçə bilməmişdi. Əsas olan futbolçunun komandaya nə qədər xeyirli olmasıdır. Rauf da özünü göstərəcək”.
