16 fevral 2013 17:05
“Bunları birdən həll etmək olmur”
Topaz Premyer Liqasının 20-ci turunda doğma meydanda AZAL-ı qəbul edən “Bakı” rəqibini 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlində altıncı pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, oyundan sonra “təyyarəçilər”in çalışdırıcısı Vaqif Sadıqov bunları dilə gətirib:
“Meydana qələbə əzmi ilə çıxmışdıq. Cinah hücumlarından iki qol buraxdıq. Komandada yorğunluq hiss olunurdu. Ruslan Tağızadə gəncdir, müdafiədə müdafiəçi kimi oynamaq lazımdır. Juniorun əvəzlənməsi oyun planlarımızı pozdu. İlk hissədə qol buraxmasaydıq ikinci hissədə daha yaxşı oynaya bilərdik. Hücumlarımızı yaxşı təşkil edə bilmirik, oyunumuzda müəyyən çatışmazlıqlar var, bunları birdən həll etmək olmur”.
