16 fevral 2013 17:24
İnter Qəbələni, XL Turanı darmadağın etdi, Neftçi büdrədi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 20-ci turun daha üç oyunu keçirilib. Azerisport.az xəbər verir ki, son oyun günündə iki darmadağın, bir heç-heçə qeydə alınıb.
“İnter” “Qəbələ”ni, “Xəzər Lənkəran” “Turan”ı darmadağın edib. “Simurq” – “Neftçi” görüşündə isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu turun digər oyunları ötən gün keçirilmişdi.
Əvəzedicilərin çempionatı
20-ci tur
16 fevral (şənbə)
İnter – Qəbələ - 3:0
Qollar: Qurbanəli Əliyev, 1, Ülvi İbazadə, 66, Ramil Mansurov, 82.
Xəzər Lənkəran – Turan – 5:1
Qollar: Kazım Kazımlı, 35; 43, Cavid Bağırov, 53-pen, Elgün Qasımzadə, 73, Elnur Cəfərov, 80 - Elsevər Əliyev, 90.
Simurq – Neftçi – 1:1
Qollar: Cavad Kazımov, 66 - Kərim Diniyev, 90+3.
N
O
Q
H
M
T-F
X
Ramil Mansurov (İnter) - 15 qol
Tural İsgəndərov (Qarabağ) - 13 qol
Rey Məmmədbəyli (Qəbələ) - 11 qol
Raul Yaqubzadə (Bakı) - 8 qol
