16 fevral 2013 17:39
“Komandam həm topa, həm də oyuna nəzarət edirdi”
Topaz Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olan “Rəvan” rəqibini 2:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra paytaxt klubunun baş məşqçisi Ramil Əliyev bunları dilə gətirib:
“Turnir cədvəlinə baxdıqda iki autsayderin oyunu olsa da, maraqlı qarşılaşma izlədik. Komandam həm topa, həm də oyuna nəzarət edirdi. Bu da hesabda öz əksini tapdı. Futbolçuları və klub rəhbərliyini qələbə münasibəti ilə təbrik edirəm. “Kəpəz” mübaiz komandadı. Rəqib komandaya bir az təcrübə çatmır”.
