16 fevral 2013 17:57
“Xaraktersiz futbolçularla heç nəyə nail olmaq olmaz”
Topaz Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olan “Rəvan” rəqibini 2:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra Gəncə klubunun baş məşqçisi Mahmud Qurbanov bunları dilə gətirib:
“Rəqib bizdən üstün idi. Daha çox qol epizodları yaratdılar. Xaraktersiz futbolçularla heç nəyə nail olmaq olmaz. Rəhbərliklə istefa barəsində danışmaq istəyirəm. Məğlubiyyət heç kimi qane etmir, məni də həmçinin”.
