16 fevral 2013 18:32
Qurban Qurbanov: Vacib üç xal qazandıq
Topaz Premyer Liqasının 20-ci turunda “Sumqayıt” klubunu qəbul edən “Qarabağ” 3:0 hesablı qələbə qazanaraq növbəti üç xalı aktivinə yazdı. Azerisport.az xəbər verir ki, matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanov darmadağını belə şərh edib:
“Vacib üç xal qazandıq. Buna qədər “Sumqayıt” “Bakı” ilə matçda çox yaxşı oynamışdı. İlk hissədə oyunumuz istədiyimiz kimi alındı. İki qoldan sonra isə komanda daha rahat oynadı. Artıq bu qələbəni unudub irəlidəki oyunlara baxmalıyıq”.
