16 fevral 2013 15:57
AFFA-nın konfransının gündəliyi açıqlandı
Xəbər verdiyimiz kimi, martın 15-də AFFA-nın növbəti Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq Konfransın gündəliyi açıqlanıb.
AFFA rəhbərliyi gündəliyə 8 məsələ salıb. İcrailyyə Komtəsinin prezident tərəfindən fəaliyyəti haqqında hesabı təqdim olunacaq, maliyyə hesabatı təsdiq ediləcək, növbəti ilin büdcəsi təsdiqlənəcək, həmçinin vakant postlara seçkilər keçiriləcək.
Qeyd edək ki, Konfrans martın 15-də AFFA-nın inzibati binasında keçiriləcək və saat saat 11.00-da başlayacaq.
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
