16 fevral 2013 18:53
Yığmamızın Malta ilə sınaq matçının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, millimiz avqustun 14-də Bakıda Malta yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz tarixi ərzində üçüncü dəfə bu ölkəni sınağa çəkəcək. Bundan əvvəl baş tutan bütün oyunlar Maltada, özü də eyni şəhərdə – Ta Qalidə keçiriilib. İndiyə qədər yığmamız bu rəqibə nəinki qalib gəlib, heç qol da vura bilməyib. Belə ki, ilk oyun 1994-cü ilin 19 aprelində baş tutub və “cırtdan ölkə” yığması 5:0 hesablı qələbə qazanıb. 2000-ci ilin 6 fevralında keçirilən qarşılaşmada yenə maltalılar qələbəyə sevinib – 3:0. Bu oyun həmin ölkədə keçirilən beynəlxalq turnir çərçivəsində baş tutub. Son oyun isə 2002-ci ilin 17 aprelində keçirilib və Malta 1:0 hesablı qələbə qazanıb.
