17 fevral 2013 18:50
Neftçi Simurqu, XL Turanı, İnter Qəbələni məğlub etdi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də üç görüş baş tutub.
Lider “İnter” bu turda “Qəbələ” ilə üz-üzə gəlib. Meydan sahibləri çətin qələbəyə seviniblər. Cari mövsüm işləri heç də yaxşı getməyən “Xəzər Lənkəran” evdə “Turan”la münasibətlərinə aydınlıq gətirib. Altı qolun vurulduğu möhtəşəm görüşdə 3 xala cənublular seviniblər. Turun qapanış, eləcə də mərkəzi oyununda isə “Simurq”la son çempion “Neftçi” qarşılaşıb. Ölkə çempionu bu görüşdə də qələbəyə sevinən tərəf olub.
Topaz Premyer Liqası
20-ci tur
17 fevral (bazar)
SİMURQ - NEFTÇİ - 0:2 (0:2)
Qollar: N.Kanales, 29 (0:1), R.Sadiqov, 43 (0:2)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
5. "Simurq" ilk dəqiqələrdən daha fəaldı
6. Oyunda ilk korneri meydan sahibləri yerinə yetirsə də, bundan yararlana bilmirlər
10. Komandalar ehtiyatlı oyuna üstünlük verdiklərindən o qədər də sürətli oyun izləmək mümkün deyil
15. "Neftçi" daha çox topu özündə saxlamağa çalışır
17. Flavinyoya qarşı kobuluğa görə təhlükəli nötqədən təyin olunan cərimə zərbəsini M.Şükürov yerinə yetirir. Amma onun vuruşunda top hədəfdən yan keçir
23. Oyunda ilk sarı vərəqə M.Şükürova göstərilir
29. Cərimə meydançasındakı qarışıqlıq zamanı Kanales qarşısında qalan topu tora qovuşdurur - 0:1
35. "Simurq" nəsə etməyə çalışsa da, rəqib müdafiəsini yarmaqda çətinlik çəkir
40. Oyun daha çox meydanın mərkəzində gedir. Zaqatalada heç də parlaq futbol oynanıldığını demək olmaz
42. Qonaqların korner vuruşundan qol səsi çıxmır
43. R.Sadiqov əks-hücum zamanı Flavinyonun ötürməsini effektli zərbə ilə tora qovuşdurur - 0:2
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədə R.Poladovu M.Burhard əvəzləyir
50. Burhard fasilədən dərhal sonra fərqi azaltmağa yaxın olsa da, təhlükəli zərbəsi qapıdan azca yan keçir
55. "Simurq" fasilədən sonra çox fəaldı. Bunu da başa düşmək olar. Amma meydan sahiblərinin cəhdləri hələlik bəhrəsizdi
61. İ.Qırtımov sarı vərəqə ilə cəzalanır
64. "Neftçi" az qala üçüncü qolu vuracaqdı. Son anda qapı çatı meydan sahiblərinin dadına çatır
72. Polyakı T.Buşiç əvəzləyir
80. Q.İbrahimovu R.Eyyubov əvəzləyir
82. "Neftçi"də A.Abdullayevi C.İmamverdiyev əvəzləyir
89. Kanalesi həmyerlisi Kabion əvəzləyir
90+2. D.Zrnanoviç sarı vərəqə alır
Matç başa çatdı
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 12. Tomislav Buşiç, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev.
XƏZƏR LƏNKƏRAN - TURAN - 4:2 (3:1)
Qollar: E.Abdullayev, 4 (1:0), A.Skarlatake, 42 (2:0), S.Ballo, 44 (2:1), G.Güleç, 45+2 (3:1), E.Günlü, 62 (3:2), S.Tounkara, 84 (4:2)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
XL erkən qol vurur. Pitin ötürməsini E.Abdullayev dəqiq baş zərbəsiylə qola çevirir - 1:0
"Turan"ın qapıçısı K.Bayramov ciddi zədə alır. Həkimlər onun burnundan açılan qanı kəsmək üçün xeyli vaxt sərf edirlər. O, oyunu davam etdirə biləcək
15. XL tam olaraq oyuna nəzarət edən tərəfdi
"Turan" isə hücumlar qurmaqda çətinlik çəkir
20. XL növbəti qolu vurmaq üçün təzyiqlərini davam etdirir
25. "Turan" daha çox müdafiə olunur və imkan düşdükcə, əks-hücumlar qurmağa çalışır
25. Sialmas sarı vərəqə ilə cəzalanır
Pitin künc nöqtəsindən ötürməsi zamanı K.Bayramov topu uzaqlaşdırır
"Xəzər Lənkəran"ın ikinci qolu vurmaq cəhdləri hələ ki, bəhrəsizdi
Skarlatake də sarı vərəqə ilə cəzalanır
42. Skarlatake dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi artırır - 2:0
44. Günlüdən əla ötürmə alan Ballo topu qapıçının başı üzərindən tora qovuşdurur - 2:1
İlk yarıya dörd dəqiqə əlavə olunur
45+2. G.Güleç yenidən hesab arasındakı fərqi artırır. Bu, onun XL-da ilk qoludu - 3:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Bayramovu fasilədə A.Popoviç əvəzləyib
"Turan" kornerdən istədiyi kimi, istifadə edə bilmir
60. XL hücumlarını davam etdirir. Amma "Turan" da müdafiədə oturmaq fikrindən daşınıb
62. E.Günlü yenidən hesab arasındakı fərqi minimuma endirir - 3:2
66. XL-da E.Abdullayevi U.Pamuk, G.Güleçi isə S.Tounkara əvəzləyir
XL dördüncü qolu vurmağa çox yaxın olsa da, həlledici zərbə hədəfdən yan keçir
Popoviçlə müdafiəçinin anlaşılmazlığı nəticəsində Tounkara 4-cü qolu vurmağa çox yaxın idi. Amma o, topu yaxın məsafədən düz qapıçının üstünə vurur
Tounkara nəhayət ki, istəyinə çatır və hesab arasındakı fərq yenə ikiyə çıxır - 4:2
"Turan"da A.Məmmədovu F.Əliyev əvəzləyir
XL-da isə Sialması R.Alviz əvəzləyir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç, 27. Manuel Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov.
TURAN: 1. Kamal Bayramov (k), 26. Aleksandr Krustkeviç, 2. Dmitri Pospelov, 21. Elşad Manafov, 3. Anatoli Stukalov, 19. Asəf Qədiri, 25. Antonio Rukavina, 7. Azər Məmmədov, 10. Ender Günlü, 9. Murad Ağakişiyev, 11. Salif Ballo.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 4. Vüqar Bəybalayev, 14. Yaroslav Suxanov, 17. Fərmayıl Əliyev, 23. İrakli Beraya, 20. David Janelidze.
İNTER – QƏBƏLƏ - 2:1 (1:1)
Qollar: A.Daşdəmirov, 6 (1:0), Y.Kamanan, 23 (1:1), S.Zərgərov, 73 (2:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
Bakı. “Şəfa” stadionu.
Oyun başladı
2. A.Məmmədov oyunda ilk sarı vərəqənin müəllifi olur
3. Dodonun qapıya zərbəsi kornerlə nəticələnir
4. "Qəbələ" oyundakı ilk kornerdən lazımınca yararana bilmir
5. Sxadadzenin cərimə zərbəsi canlı səddən dönür
6. A.Daşdəmirov cinahda bir müdafiəçini aldadıb, qapı qarşısına ötürmə etsə də, top heç kimə toxunmadan birbaşa qapıya daxil olur - 1:0
6. Bu kuryoz qolda həm müdafiəçilərin, həm də qapıçının səhvi qeyd olunmalıdı. Çünki Arifin ötürməsi heç də qüvvətli deyildi
10. Dodonun uzaqdan zərbəsi çox bərbad alınır
15. Komandalar qarşılıqlı hücumları davam etdirirlər
18. A.Məmmədov "İnter"in təhlükəli hücumu zamanı daha əlverişli vəziyyətdə olan komanda yoldaşına ötürmək etmək əvəzinə özü zərbə endirməyə qərar versə də, qapının dəqiq nişan ala bilmir
23. Komanda yoldaşından əla ötürmə alan Kamanan cərim meydançasına daxil olub topu tora qovuşdurur - 1:1
25. Kamanan növbəti qolu vurmağa çox yaxın olsa da, qapıya zərbəsi dəqiq olmur
26. "Qəbələ" bu dəqiqələrdə oyuna tam diqtə edən tərəfdi və meydanda istədiyini edir
27. "İnter"in müdafiə xətti isə kobud səhvlər buraxmağa davam edir
27. Kamanan daha bir əla ötürmədən sonra qapıçı ilə üz-üzə qalır. O, hətta qapıçını da keçib, qapıya zərbə endirsə də, son anda müdafiəçi topun tora qovuşmasına mane olur
29. K.Sxadadze komandasının bərbad oyununa müdaxilə etmək qərarına gəlir. O, B.Abdulayın əvəzində İ.Niasseni döyüşə atır
35. "İnter" tədricən özünə gəlməyə başlayır. Amma "Qəbələ" hələ də təhlükəli hücumlarını davam etdirir
38. Pulhak sarı vərəqə ilə cəzalanır. Lakin maraqlıdı ki, A.Salmanov öncə ona sarı əvəzinə səhvən qırmızı vərəqə göstərir
40. Oyun demək olar ki, bərabər mübarizə səviyyəsində keçir
44. "İnter" ilk yarıda heç də liderliyə layiq oyun sərgiləmədi
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
45+2. Çertoqanovun uzaqdan zərbəsini Lomaya tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Y.Fomenkonun əvəzində meydana S.Zərgərov çıxır
50. Komandalar fasilədən sonra bir qədər ehtiyatlı oynamağa çalışırlar
57. S.Georgiyevski sarı vərəqə ilə cəzalanır
58. R.Abdullayevin təhlükəli nöqtədən cərimə zərbəsi qeyri-dəqiq alınır
65. "Qəbələ" ikinci hissədə də "İnter"dən daha istəkli görünür
67. S.Zərgərov sarı vərəqə alır
70. R.Abdullayevi C.Sultanov əvəzləyir
73. S.Zərgərov Georgiyevskinin möhtəşəm ötürməsini qolla tamamlayır - 2:1
74. Valentiçi L.Jinko əvəzləyir
81. G.Lomaya sarı vərəqə ilə cəzalanır
83. "İnter"də D.Genov oyuna daxil olur
84. Kalaban da sarı vərəqəsiz ötüşmür
87. D.Kelhar da cəzalı duruma düşür
89. Dodonun zərbəsini Lomaya dəf edir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 25. İbrahima Niasse, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 4. Amit Quluzadə, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Luka Zinko, 14. Mustafa Dabo, 22. Lourival Rodriqes, 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 90. Ceyhun Sultanov.
Turun digər oyunlarının nəticələri: Bakı – AZAL - 2:0, Kəpəz – Rəvan - 0:2, Qarabağ – Sumqayıt - 3:0.
| 1 | İnter | 20 | 11 | 7 | 2 | 24 | 10 | +14 | 40 |
| 2 | Neftçi | 20 | 12 | 2 | 6 | 42 | 22 | +20 | 38 |
| 3 | Qarabağ | 20 | 9 | 8 | 3 | 27 | 17 | +10 | 35 |
| 4 | Simurq | 20 | 9 | 7 | 4 | 24 | 14 | +10 | 34 |
| 5 | Qəbələ | 20 | 8 | 5 | 7 | 23 | 21 | +2 | 29 |
| 6 | XL | 20 | 7 | 6 | 7 | 30 | 23 | +7 | 27 |
| 7 | Bakı | 20 | 5 | 11 | 4 | 22 | 14 | +8 | 26 |
| 8 | AZAL | 20 | 5 | 8 | 7 | 23 | 24 | –1 | 23 |
| 9 | Rəvan | 20 | 6 | 4 | 10 | 20 | 31 | –11 | 22 |
| 10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18 | 36 | –18 | 21 |
| 11 | Turan | 20 | 5 | 5 | 10 | 21 | 32 | –11 | 20 |
| 12 | Kəpəz | 20 | 2 | 3 | 15 | 11 | 41 | –30 | 9 |
Bombardirlər:
18 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
8 - Salif Ballo (Turan),
7 - Zohair Benouahi (AZAL), Riçard Almeyda (Qarabağ), Baçana Sxadadze (İnter).
6 - Xuan Manuel Varea (Rəvan).
