16 fevral 2013 11:31
Topaz Premyer Liqası, 20-ci tur: Arif Əsədovun proqnozu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Bakı – AZAL
Hər iki komandaya qələbə lazımdı. Daha dəqiq desək, “Bakı” da, AZAL da məğlubiyyətdən qaçmağa çalışacaq. Hər iki komandanın ehtiyatlı oynamağa çalışacağı qənaətindəyəm. Ona görə də heç-heçə olacağını düşünürəm.
Kəpəz – Rəvan
“Kəpəz”in əsas silahı gəncəli azarkeşlərdi. Amma onlar ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qaldıqlarından, demək olar ki, heç bir şansları qalmayıb. Yəqin ki, “Rəvan” qələbə qazanacaq.
Qarabağ – Sumqayıt
Son oyun göstərdi ki, “Qarabağ” qış fasiləsində yaxşı hazırlıq keçib. Komanda hazırda əla formadadı. “Sumqayıt” da “Bakı”dan xal almağı bacardı. Amma indiki halda ağdamlıların üç xal qazanmaq şansı daha yüksəkdi.
İnter – Qəbələ
Bu oyunun da maraqlı keçəcəyini düşünürəm. “İnter” liderliyini və çempionluq uğrunda mübarizəsini davam etdirmək istəyir. “Qəbələ” isə ilk altılığa düşmək üçün mübarizə aparır. Bu oyunda “İnter”in 3 xal qazanacağı daha inandırıcı görünür.
Xəzər Lənkəran – Turan
“Turan”ın son oyunları göstərdi ki, komanda qış fasiləsindən sonra bir qədər zəifləyib. “Xəzər Lənkəran”a qələbə hava-su kimi lazımdı. Meydan sahibləri qələbə qazanmalıdı.
“Turan”ın son oyunları göstərdi ki, komanda qış fasiləsindən sonra bir qədər zəifləyib. “Xəzər Lənkəran”a qələbə hava-su kimi lazımdı. Meydan sahibləri qələbə qazanmalıdı.
Simurq – Neftçi
“Simurq” nəticəyə oynayır. Özü də bu komanda “Neftçi”ni evdə qəbul edəcək. Ona görə də heç-heçə olacağını düşünürəm.
