16 fevral 2013 13:56
"Bizim bu mövsümlə bağlı böyük ümidlərimiz var"
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacaqları “İnter”lə oyundan, eləcə də çempionatdakı şanslarından danışıb.
- “Qarabağ”la son oyununuzdan razı qaldınız?
- “Qəbələ” bu oyunda yeddi yeni futbolçusunun xidmətindən yararlandı. Bura uzun müddət yaşıl meydanlardan kənar qalmış Vurğun Hüseynovun sıraya dönməsini də daxil etmək lazımdı. Hamı bilir ki, yenilərə vaxt lazımdı. “Qarabağ”a qarşı yaxşı oynadığımızı düşünürəm. Onların yaxşı formalaşmış heyəti var. Biz evdə qələbə qazanmaq istəyirdik. Sadəcə, hər şey istədiyimiz kimi getmədi.

- “Qəbələ”yə ilk altılığa düşməyə nə mane ola bilər?
- Əgər səhv etmirəmsə, bizə ilk altılığa düşmək üçün sadəcə üç xal lazımdı. Ona görə də bunun gerçəkləşməsinə yalnız özümüz mane ola bilərik. Hər şey öz əlimizdədi. Belə şansdan istifadə etməmək olmaz.

- “İnter”lə oyundan nə gözləyirsiz?
- “İnter” bu mövsüm çox yaxşı təsir bağışlayır və artıq ilk altılıqdakı yerlərini təmin ediblər. Onlar ehtiyatlı oyuna üstünlük verirlər. Amma məğlubedilməz komanda yoxdu. Hətta “Barcelona” və “Real” da hərdən uduzur. “Qəbələ” qələbəyə oynayacaq. Biz bu komandanı məğlub edib, altılığa vəsiqə qazanmaq istəyirik. Hər şeyi tez həll etmək lazımdı. Növbəti turları gözləmək olmaz.

- Növbəti turlarda da sizi “Xəzər Lənkəran” və AZAL-la oyunlar gözləyir...
- Bəli. Bu komandalar da ilk altılıq uğrunda mübarizə apardıqları üçün, onlara da xal lazımdı. Amma biz onlara heç nədə uduzmuruq. Hə infrastruktur, nə də heyət baxımından. Bizim bu mövsümlə bağlı böyük ümidlərimiz var.
- Avrokuboklara vəsiqə qazansaz, hədəfinizə çatmış olacaqsız?
- Minimal hədəfimizə çatmış olacağıq. Əgər ilk altılığa düşsək, niyə də qızıl medallar uğrunda mübarizə aparmayaq? “Qəbələ” ölkə kubokunda da mübarizəsini davam etdirir. Fikrimcə, hər iki cəbhədə mübarizə aparmağa gücümüz yetər.