19 fevral 2013 01:55
İngiltərə Federasiya Kuboku: MY də növbəti mərhələyə vəsiqə qazandı (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda beşinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Leicester”in qonağı olan “Huddersfield” çətin qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanan ilk komanda olub.
İkinci oyun günündə “Luton”u darmadağın edən “Millwall” da mərhələ adlayan tərəf olub. “Arsenal” gözlənilmədən evdə “Blackburn”ə minimal hesabla uduzaraq, mübarizəni dayandırıb. “Milton Keynes Dons”u məğlub edən “Barnsley” adını altıncı mərhələyə yazdırıb. “Oldham” – “Everton” qarşılaşmasında isə qalibi 90 dəqiqə ərzində müəyyənləşdirmək mümkün olmayıb. Bu komandalar cütün qalibini qaydalara əsasən təkrar keçiriləcək görüşdə müəyyənləşdirəcəklər.
Bazar günü “Chelsea” “Brentford”u, “Manchester City” “Leeds”i 4 cavabsız qolla məğlub edərək, mərhələ adlayıb. “Huddersfield”in qonağı olan “Wigan” da zəfərə sevinən tərəf olub.
Son gündə isə “Manchester United” “Reading”i məğlub etməyə çalışıb. "Qırmızı şeytanlar" buna çətin qələbə ilə nail olublar.
İngiltərə Federasiya Kuboku
Beşinci mərhələ
12 fevral
Leicester – Huddersfield – 1:2
16 fevral
Luton – Millwall – 0:3
Arsenal – Blackburn – 0:1
Milton Keynes Dons – Barnsley – 1:3
Oldham – Everton – 2:2
17 fevral
Chelsea - Brentford - 4:0
Manchester City - Leeds - 4:0
Huddersfield - Wigan - 1:4
18 fevral
Manchester United – Reading - 2:1
