17 fevral 2013 03:00
İsayev oynadı, Denizlispor 1 xal qazandı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 22-ci turu çərçivəsində “Göztepe” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilib. Buna baxmayaraq, Dənizli klubu bu görüşdən bir xalla ayrılmağı bacarıb.
Bu görüşdə Arifin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent son oyunda qırmızı vərəqə alan və cəzalı duruma düşən Raildən fərqli, digər həmyerlimizi meydana buraxıb. 81-ci dəqiqədə meydana çıxan millimizin üzvü komandasına qələbə qazandıra bilməyib.
Qeyd edək ki, Ariflə Railin komandası 22 oyuna 25 xalla 14-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
22-ci tur
16 fevral
Göztepe - Denizlispor - 1:1
