17 fevral 2013 01:10
“Millimiz üçün bu turnir xüsusi əhəmiyyət daşıyırdı”
6-cı Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Sevindirici haldır ki, ötən müddət ərzində Bakı Beynəlxalq Futzal Turniri xeyli populyarlıq qazanıb. Artıq müxtəlif komandalar bu turnirdə iştirakla bağlı özləri təşəbbüs göstərirlər. Builki yarışa hazırlıq işləri 7 ay əvvəl başlamışdı. İştirakçı komandaların nümayəndələri təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirirlər.
Ümumilikdə, bu turnirin təşkilində əsas məqsəd ölkəmizdə futzalın, eyni zamanda sağlam həyat tərzinin təbliğidir.
Azərbaycan milli komandası üçün bu yarış Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Millimizi turnirin qalibi olması münasibətilə təbrik edirəm”.
