17 fevral 2013 00:58
Yığmamızın baş məşqçisi Bakı zəfərindən danışdı
6-cı Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Belarus oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Belarus yığması erkən qol vurmağa müvəffəq oldu. Bundan sonra xeyli qol epizodu yaratsaq da, son nöqtəni qoymaqda çətinliklə üzləşdik. Təbii ki, əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu məqsədlə iki yoldaşlıq oyunu da keçirməyi planlaşdırırıq”.
Valeri Dasko (Belarus millisinin baş məşqçisi): “Turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Komandaların məskunlaşması, məşq və oyunlar üçün yaradılmış şərait – bütün bunlardan tam razıyam. Hesab edirəm ki, yaxşı çıxış etdik. Finalda oyununda yaxşı mübarizənin şahidi olduq. Amma bu gün hakimlikdən razı qalmadım”.
