17 fevral 2013 01:05

Ponomaryov: Bandoviçlə Sadıqov sakitcə işləyə bilər, bu klublarla danışıq aparmıram

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Xəzər Lənkəran”la “Qarabağ”ın sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində Bakıya səfərinin məqsədindən danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Öncə səfərinizin səbəbini bilmək istərdik...
- Mən bura şəxsi işlərimlə əlaqədar gəlmişəm. Artıq bir həftədi Bakıdayam. Daha bir neçə gün qalmağı planlaşdırıram.
 
- Sizin “Bakı” – AZAL matçını izləməyə gəlməyiniz az qala bu klublardan hansınınsa sükanı arxasına keçəcəyinizə dair təəssüratlar oyadır...
- Xeyr. Qoy Bojidar Bandoviçlə Vaqif Sadıqov sakit işləsin. Mən bu klublarla heç bir danışıq aparmıram. Sadəcə, maraqlı oyun olduğu üçün izləmək qərarına gəldim. Hər iki komandaya xal lazım idi. Ona görə də gəldim ki, görüm necə mübarizə aparacaqlar.
 
- Oyun xoşunuza gəldi?
- Mən daha maraqlı oyun gözləyirdim. Amma məyus oldum. Oyun xoşuma gəlmədi. Futbolçuların gözlərində istədiyim işığı, oyunlarında sürəti görə bilmədimş Çox orta səviyyəli bir oyun oldu. Niyəsini bilmirəm.
 
- Sizcə, nəticə ədalətli oldu?
- Matç heç-heçə də bitə bilərdi. Onda daha ədalətli nəticə olardı. Amma bir məqam da var ki, “Bakı” ikinci qolu vurmağı AZAL-ın bərabərlik qolunu vurmasından daha çox istəyirdi. Düşünmürəm ki, bu oyunla klublardan hansısa çempionluğa iddia edə bilsin.
 
- Daha hansı oyuna baxmısız?
- “Xəzər Lənkəran”ın “İnter”ə uduzduğu görüşü izlədim. Cənublular heç də yaxşı oynamadılar. Bu cür şərait yaradılıb, amma ortada heç nə yoxdu. Futbolçularda inkişaf görmürəm. Bu, təkcə “Xəzər Lənkəran”a aid deyil. Bunda da hər şeydən çox məşqçilərin günahkar olduğunu düşünürəm.
 
- Yığmamızın qarşıdan gələn Portuqaliya və Lüksemburqla oyunlarından nə gözləyirsiz?
- Mənim bu oyunlardan elə də böyük gözləntilərim yoxdu. Lüksemburqu məğlub etmək lazımdı. Portuqaliya ilə oyun isə çətin olacaq. Yığmamız bir qədər artırıb. Amma portuqaliyalıları dayandıracaq səviyyəyə çatmamışıq.
 
- Ruslan Abışovun Rusiya “Rubin”ində möhkəmlənmək şanslarını necə qiymətləndirirsiz?
- O, kifayət qədər perspektivli futbolçudu. “Rubin” Ruslan üçün çox böyük bir şansdı. Əgər o, bu komandada möhkəmlənə bilsə, futbolumuz üçün böyük uğur olacaq. Abışov məşqlərdə öz üzərində çox çalışmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.