17 fevral 2013 17:57
Ramiz Məmmədov: Qolları İnter vurmadı, özümüz buraxdıq
Topaz Premyer Liqasının 20-ci turu cərçivəsində lider “İnter” doğma meydanda “Qəbələ”ni qəbul etdi. Azerisport.az xəbər verir ki, rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt komandası turnir cədvəlində mövqeyini qorudu.
Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov bunları dilə gətirib: “Çətin oyun olacağını bilirdik. Komandam pis oynamadı. İlk hissədə 3-4 qol vəziyyətindən yararlansaydıq, verilən taprşırıqları yerinə yetirmiş olardıq. Rəqibin vurduğu hər iki qol öz səhvimizdən oldu”.
