17 fevral 2013 18:38
Bakes: Sadə səhvlərdən qollar buraxırıq, bunu aradan qaldırmalıyıq
Topaz Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Turan”ı 4:2 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, oyundan sonra cənub klubunun baş məşqçisi Karles Bakes matçla bağlı bunları dilə gətirib:
“Bir neçə qol imkanımız oldu, qapı dirəyindən dönən toplarımız oldu. İki oyuna 6 qol vurub 5 qol buraxmışıq. Sadə səhvlərdən qollar buraxırıq, bunu aradan qaldırmalıyıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Kamal Bayramova tezliklə zədəsini sağaltmağı arzulayıram”.
