17 fevral 2013 18:44
“Oyun heç-heçə qurtarsaydı, daha yaxşı nəticə olardı”
Topaz Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Turan”ı 4:2 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, oyundan sonra Tovuz klubunun baş məşqçisi Əfqan Talıbov matçla bağlı bunları dilə gətirib:
“Gözəl oyun keçdi. Bundan əvvəlki oyunlarda səhvlərimiz olmuşdu. Bu gün onları aradan qaldırmağa çalışdıq. Buna tam nail ola bilmədik. Hesab 3:2 olan komandamız ürəkləndi, heç-heçə qurtarsaydı, daha yaxşı nəticə olardı”.
