17 fevral 2013 19:46
Çixradze: Bunu bacarmadıq
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 20-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Daha aktiv oynamalı idik, amma bunu bacarmadıq. İki səhv buraxıb qapımızda iki qol gördük. Bundan sonra komandaya oynamaq çətin idi. İkinci hissədə daha cəld oynamağa çalışsaq da, bu, bir nəticə vermədi”.
