18 fevral 2013 00:12
Dördü müəyyənləşdi, qaldı ikisi
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, 20-ci tur daha bir klubun ilk altılığa vəsiqəni rəsmiləşdirməsiylə əlamətdar oldu.
Bu, “Sumqayıt”la ev oyununda darmadağına imza atan “Qarabağ” oldu. Ağdam klubu autsayderi öz meydanında qəbul edirdi. Ona görə də Qurban Qurbanovun komandası 3 xal qazanmaq şansını əldən qaçırmaq istəmirdi. Düzdü, ağdamlılar ilk altılığa vəsiqəni 1 xalla da rəsmiləşdirə bilərdilər. Amma çempionluq uğrunda mübarizə aparan “Qarabağ” buna 3 cavabsız qolla qazandığı qələbə ilə nail oldu. Beləcə, “İnter”, “Simurq” və “Neftçi”nin ardından ilkin mərhələnin sonuna iki tur qalmış ilk altılıqda yer alacağını tam rəsmiləşdirdi.
İlk altılığa düşməyə çalışan daha iki komanda – “Bakı” ilə AZAL bu tur bir-birinə qarşı mübarizə apardı. “Bakı”nın təlim-məşq bazasının stadionunda keçirilən qarşılaşmada hər iki komandaya qələbə hava-su kimi lazım idi. Bu qələbə meydan sahiblərinə qismət oldu. Bojidar Bandoviçin komandası buna iki cavabsız qolla nail oldu və ilk altılığa düşmək şanslarını bir qədər artırdı. Bu qələbəyə rəng qatan əsas amillərdən biri şübhəsiz ki, “Bakı”nın yeni transferi Aqil Nəbiyevin sabiq klubu AZAL-ın qapısına qol vurması oldu. Bu məğlubiyyət “təyyarəçilər”in medallar uğrunda mübarizə aparmaq şanslarını xeyli azaltmış oldu.
Bu turun daha bir maraqlı görüşü “İnter”lə “Qəbələ” arasında baş tutdu. “Qəbələ” də ilk altılığa düşmək üçün mübarizə apardığından qələbə qazanmağı hədəfləmişdi. Eyni istəyinə bir neçə tur öncə çatmış “bankirlər” isə bu görüşə sadəcə 3 xal qazanmaq və ilk dövrədəki məğlubiyyəti unutdurmaq üçün çıxmışdılar. “Bankirlər” bu istəyinə çox çətinliklə də olsa, nail ola bildi. “Qəbələ” isə ilk altılıq şanslarını son iki tura saxlamaq məcburiyyətində qaldı.
İlk altılıq şansları qalan daha bir klub “Xəzər Lənkəran”dı. “Cənublular” hesabat turunda “Turan”la qarşılaşdı. Qış fasiləsindən sonra özünə bənzəməyən Tovuz klubu bu görüşdə də şanslı görünmürdü. “Ağ-yaşıllar” əvvəlki turda evdə “İnter”ə uduzsa da, bu dəfə xal itirəcəyi az inandırıcı görünürdü. Düzdü, meydan sahiblərinin müdafiə xətti bu dəfə də inamlı çıxışı ilə yadda qalmadı. Amma vurulan dörd qol 3 xal qazanmağa yetərli oldu. Nəticədə, Karles Bakesin yetirmələri iddiasını davam etdirdi.
Nəhayət, turun qapanış və mərkəzi oyununda son ölkə çempionu “Neftçi” səfərdə “Simurq”un qonağı oldu. Paytaxt klubu qış fasiləsindən sonra ardıcıl üçüncü qələbəsini qazanmaq istəyirdi. Elə Zaqatala klubu da ev oyununda uduzmaq fikrində deyildi. Amma səviyyə fərqi bu dəfə də sözünü dedi. Georgi Çixradzenin yetirmələri ilk hissədə buraxılan iki qolun əvəzini sona qədər çıxa bilmədilər və məğlubiyyətlə üzləşdilər. Beləcə, “Neftçi” qışa qədərki uğursuzluqlarını böyük ölçüdə unutdurmuş oldu.
Topaz Premyer Liqası
20-ci tur
QARABAĞ – SUMQAYIT - 3:0 (1:0)
Qollar: V.Cavadov, 29 (1:0), A.Teli, 83 (2:0), R.Sadıqov, 87 (3:0)
Sarı vərəqələr: Rəşad Sadıqov, 18 (qeyri-idman hərəkəti) - Bəxtiyar Həsənalızadə, 3 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, 56 (sistematik qayda pozuntusuna görə).
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
16 fevral 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 350 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (6. Hacı Əhmədov, 86), 10. Muarem Muarem (21. Reynaldo Silva, 62), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (11. Branimir Subaşiç, 76), 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murad Doymuş, 6. Taner Taktak (91. Ruslan Qurbanov, 68), 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev (76. Can Akgün, 46), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur (7. Pərdis Fərcad Azad, 46), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 22. Xəyal Mustafayev.
Baş məşqçi: Bernhard Raab.
KƏPƏZ – RƏVAN - 0:2 (0:1)
Qollar: Kalonas, 7 (0:1), R.Abbasov, 64 (0:2).
Sarı vərəqələr: Məhərrəm Hüseynov, 57 (qeyri-idman hərəkəti) - Samuel Barlay, 28 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 62 (qeyri-idman hərəkəti); Nuran Qurbanov, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 fevral 2013. Bakı. “Dalğa Arena”. 150 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov (k), 2. Cəmşid Məhərrəmov, 3. Samir Hüseynli (6. Məhərrəm Hüseynov, 41), 8. Elvin Həsənəliyev, 9. Alan Sotanov, 11. Fərid Quliyev, 17. Pirkuli Saparov (30. Vladislav Serebryakov, 67), 18. Nikolay Svejentsev, 19. Rahimberdı Baltiyev, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani (4. Məhərrəm Müslümzadə, 52).
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 15. Şahin Kərimov.
Baş məşqçi: Mahmud Qurbanov.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Mindauqas Kalonas (9. Vüsal Qarayev, 69), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (22. Tofiq Mikayılov, 80), 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 27. Nuran Qurbanov (25. Ayaz Mehdiyev, 87).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
BAKI – AZAL - 2:0 (1:0)
Qol: A.Nəbiyev, 41 (1:0), L.M.Horvat, 80 (2:0)
Sarı vərəqələr: Edemir Rodrigez, 57 (qeyri-idman hərəkəti); Aqil Nəbiyev, 60 (qeyri-idman hərəkəti); Elvin Əliyev, 87 (qeyri-idman hərəkəti) - Viktor İbekoyi, 45+1 (qeyri-idman hərəkəti); Xuan Fransisko, 53 (qeyri-idman hərəkəti); Zohair Benuahi, 55 (simulyasiya).
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, İnqilab Məmmədov.
16 fevral 2013. Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 700 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Bakı: 82. Edin Nuredinoski, 25. Şəhriyar Əliyev, 5. Aqil Nəbiyev, 27. George Popxadze, 2. Edemir Rodriqes, 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 99. Rəhman Hacıyev (88. Cavid Hüseynov, 65), 11. Elvin Məmmədov (k) (14. Elvin Əliyev, 85), 77. Aleksandar Soliç (6. İbrahim Karqbo, 72), 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 28. Ferdi Elmas, 23. Rauf Əliyev, 22. Risto Ristoviç.
Baş məşqçi: Bojidar Bandoviç.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton (20. Branislav Arseniyeviç, 46), 15. Oskar Klyava, 17. Viktor İbekoyi, 32. Vladimir Boqdanoviç (6. Tagim Novruzov, 72), 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 45), 19. Orxan Səfiyaroğlu, 11. Zohair Benuahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 23. Tural Nərimanov, 9. Elşən Məmmədov, 8. Elman Taqayev.
Baş məşqçi: Vaqif Sadıqov.
İNTER – QƏBƏLƏ - 2:1 (1:1)
Qollar: A.Daşdəmirov, 7 (1:0), Y.Kamanan, 23 (1:1), S.Zərgərov, 73 (2:1).
Sarı vərəqələr: Asif Məmmədov, 2 (rəqibi əllə tutduğuna görə); Slavço Georgiyevski, 58 (bilərəkdən əllə oyun); Samir Zərgərov, 67 (rəqibi əllə tutduğuna görə); Georgi Lomaya, 80 (hakimə etiraz) - Nikita Valentiç, 5 (qeyri-idman hərəkəti); Kristian Pulhak, 38 (qeyri-idman hərəkəti); Omar Kalabane, 84 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Deyan Kelhar, 86 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
17 fevral 2013. Bakı. “Şəfa” stadionu. 1000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay (25. İbrahima Niasse, 30), 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze (9. Daniel Genov, 82), 30. Yuri Fomenko (6. Samir Zərgərov, 46).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 30. Anar Nəzirov, 4. Amit Quluzadə (34. Ürfan Abbasov, 75), 6. Nikola Valentiç (5. Luka Zinko, 75), 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov, 27. Rəşad Abdullayev (k) (90. Ceyhun Sultanov, 70), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 14. Mustafa Dabo, 22. Lourival Rodriqes, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Ramiz Məmmədov.
XƏZƏR LƏNKƏRAN - TURAN - 4:2 (3:1)
Qollar: M.Skarlatake, 4 (1:0), A.Skarlatake, 40 (2:0), S.Ballo, 43 (2:1), G.Güleç, 45+2 (3:1), E.Günlü, 62 (3:2), S.Tounkara, 82 (4:2).
Sarı vərəqələr: Dmitrios Sialmas, 22 (qeyri-idman hərəkəti); Manuel Skarlatake, 37 (qeyri-idman hərəkəti) - Murad Ağakişiyev, 30 (hakimin qərarına etiraz).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 3 dəq.
17 fevral 2013. Lənkəran. Şəhər mərkəzi stadionu. 9500 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 68), 11. Dmitrios Sialmas (6. Robert Alviz, 86), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç (7. Sadio Tounkara, 68), 27. Manuel Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 8. Eder Bonfim, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Karles Bakes.
Turan: 1. Kamal Bayramov (k) (28. Andrey Popoviç, 46), 26. Aleksandr Krustkeviç, 2. Dmitri Pospelov, 21. Elşad Manafov (20. David Janelidze, 46), 3. Anatoli Stukalov, 19. Asəf Qədiri, 25. Antonio Rukavina, 7. Azər Məmmədov (17. Fərmayıl Əliyev, 85), 10. Ender Günlü, 9. Murad Ağakişiyev, 11. Salif Ballo.
Ehtiyat oyunçular: 6. Mikayıl Rəhimov, 4. Vüqar Bəybalayev, 14. Yaroslav Suxanov, 23. İrakli Beraya.
Baş məşqçi: Əfqan Talıbov.
SİMURQ - NEFTÇİ - 0:2 (0:2)
Qollar: N.Kanales, 30 (0:1), R.Sadiqov, 43 (0:2)
Sarı vərəqələr: İlkin Qırtımov, 61 (qeyri-idman hərəkəti); Dilaver Zrnanoviç, 90+2 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 27 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
17 fevral 2013. Zaqatala. Şəhər stadionu. 3000 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov (9. Marçin Burhard, 46), 8. Qərib İbrahimov (20. Rəşad Eyubov, 69), 10. Zdravko Popoviç (12. Tomislav Buşiç, 76), 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales (2. Xose Luis Kabion, 90), 15. Erik Ramos, 17. Araz Abdullayev (25. Cavid İmamverdiyev, 72), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
| 1 | İnter | 20 | 11 | 7 | 2 | 24 | 10 | +14 | 40 |
| 2 | Neftçi | 20 | 12 | 2 | 6 | 42 | 22 | +20 | 38 |
| 3 | Qarabağ | 20 | 9 | 8 | 3 | 27 | 17 | +10 | 35 |
| 4 | Simurq | 20 | 9 | 7 | 4 | 24 | 14 | +10 | 34 |
| 5 | Qəbələ | 20 | 8 | 5 | 7 | 23 | 21 | +2 | 29 |
| 6 | XL | 20 | 7 | 6 | 7 | 30 | 23 | +7 | 27 |
| 7 | Bakı | 20 | 5 | 11 | 4 | 22 | 14 | +8 | 26 |
| 8 | AZAL | 20 | 5 | 8 | 7 | 23 | 24 | –1 | 23 |
| 9 | Rəvan | 20 | 6 | 4 | 10 | 20 | 31 | –11 | 22 |
| 10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18 | 36 | –18 | 21 |
| 11 | Turan | 20 | 5 | 5 | 10 | 21 | 32 | –11 | 20 |
| 12 | Kəpəz | 20 | 2 | 3 | 15 | 11 | 41 | –30 | 9 |
Bombardirlər:
18 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
8 - Salif Ballo (Turan),
7 - Zohair Benouahi (AZAL), Riçard Almeyda (Qarabağ), Baçana Sxadadze (İnter).
6 - Xuan Manuel Varea (Rəvan).
