17 fevral 2013 11:22

Qurban Qurbanov: Onların hamısını forvard hesab edirəm

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 20-ci turunun “Sumqayıt”la oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- İlk qoldan sonra komandanız çox sakitləşdi...
- Sizinlə razı deyiləm. Sadəcə, bir qədər ehtiyatlı oynamağa başladıq. 0:0 olanda isə daha çox risk etmək məcburiyyətində idik. Hesabı açdıqdan sonra da topa nəzarəti əldə saxlamağa başladıq. Problemlərimiz ikinci hissənin əvvəlində oldu. Çünki rəqib böyük qüvvəylə pressinqə başladı. Lakin sonra yenidən üstünlüyü ələ aldıq və görüşün taleyini həll etməyi bacardıq.
 
- Kaptian Rəşad Sadıqov bu gün çox aqressiv idi, bir neçə dəfə futbolçularla mübahisə etdi.
- Bu, sadəcə onun çox yaxşı motivasiya olması ilə bağlıydı.
 
- “Qarabağ” yenə nominal hücumçusuz oynadı. İspaniya yığmasının AÇ-2012-dəki uğuru kimi, siz də bu il hücumçusuz zəfər qazanmaq istəyirsiz?
- Vaqif Cavadov meydanda idi. Mən komandamızın bütün hücuma meylli futbolçularını forvard hesab edirəm. Əlbəttə, nominal hücumçu yoxdu. Amma biz hazırda əlimizin altında olan futbolçulardan yararlanmaq məcburiyyətindəyik.
 
- Branimir Subaşiç hələ tam hazır deyil ki?
- Onun tam hazır olması üçün hələ vaxt lazımdı. Subaşiç komandamıza gec qoşuldu və bütün məşqlərimizdə iştirak edə bilmədi. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Onun hələ şansı olacaq. Bu oyunda bəxti gətirmədi, zədələndi. Ümid edirəm ki, ciddi heç nəyi olmayacaq.
 
- Reynaldonun debütü barədə nə deyərdiniz?
- Pis görünmürdü. Hiss olunurdu ki, özünü göstərmək istəyir. Topla oynamağı sevir. O, hələ bizə kömək edəcək.
 
- Kristian Torresin xidmətindən yararlanmağı düşünürsüz?
- Biz lazımsız futbolçunu komandaya götürməzdik. Torresin komanda ilə hazırlaşmasına zədə mane oldu. O, çempionatımızı yaxşı tanıyır. Bu mövsüm meydana çıxıb, “Qarabağ”a kömək edəcək.
 
- Yəqin razılaşarsız ki, “İnter” hazırda çempionluğa əsas iddialılardan və sizin başlıca rəqibinizdi...
- Mən belə deməzdim. Bizim daha bir rəqibimiz var – “Neftçi”. Unutmayın ki, bu komanda son çempiondu. Fərdi cəhətdən çox güclüdülər. Rəqiblərini çox asanlıqla məğlub edirlər. Elə AZAL ilə təxirə salınmış oyunu götürün. “İnter”in də öz oyun üslubu, üstünlükləri var. “Simurq”u da unutmaq olmaz. Ola bilər bu komandanı hesaba almırlar. Amma “Qarabağ” üçün ən çətin rəqiblərdən biri də “Simurq”du. “Qəbələ”ni də hesabdan silmirik. Əminəm ki, çempionluq uğrunda mübarizə sona qədər davam edəcək.
 
- Sizi qarşıda “Rəvan” və “İnter”lə oyunlar gözləyir...
- İki heç də sıradan olmayan rəqibdi. Çalışacağıq ki, maksimum xal toplayaq. Amma bu, asan olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.