17 fevral 2013 12:44
Branimir Subaşiçin aqibətinə bu gün aydınlıq gələcək
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Branimir Subaşiçin aqibətinə bu gün aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la oyunda zədə alan serb əsilli futbolçu 76-cı dəqiqədə meydana çıxsa da, cəmi bir neçə dəqiqə sonra zədə aldı.
Onun zədəsinin nə qədər ağır olduğu hələ bilinmir. Hər şeyə bu gün baş tutacaq ətraflı müayinələrdən sonra aydınlıq gəlməlidi.
