17 fevral 2013 13:59
Yuri Fomenko: Kim deyib ki, bizə qələbə lazım deyil?
“İnter”in hücumçusu Yuri Fomenko Topaz Premyer Liqasının 20-ci turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qəbələ” yaxşı və hücum futbolu sərgiləyən komandadı. Onlara qarşı oynamaq heç də asan deyil. Heyətlərində xeyli sürətli futbolçu var. Dodo ilə Mendini xüsusi qeyd etmək istərdim. Bizi çətin oyun gözləyir. Bu komandanın “Qarabağ”la oyununun bəzi epizodlarına baxmışam. Qəbələlilər həmin oyunda çox yaxşı çıxış ediblər. Amma bizə hər oyunda qələbə lazımdı. Sadəcə, rəqibin təhlükəli olduğunu nəzərə alsaq, ehtiyatlı oynamağa məcburuq. Həm də “Qəbələ” ilk altılığa düşmək üçün mübarizə aparır. Bu yolda onlara da mütləq qələbə lazımdı. Düzdü, biz artıq bu vəzifənin öhdəsindən gəlmişik. Ancaq kim deyib ki, bizə qələbə lazım deyil”?