17 fevral 2013 15:18

“Artıq AÇ-2014-ün seçmə mərhələ oyunlarına hazırıq”

Futzal üzrə Azərbaycan yığmasının üzvü Felipe azerisport.az saytına müsahibəsində Bakıda təşkil olunan beynəlxalq turnirin qalibi olmalarından danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Belarusla final matçı haqda nə deyə bilərsiz?
- Həlledici oyun bizim üçün uğurlu alındı. Baxmayaraq ki, görüşün gedişində məğlub durumda idik. İkinci hissədə isə oyunda dönüş yarada və qələbə qazana bildik. Lakin bu qarşılaşma turnirdəki ən çətin oyunumuz oldu.
 
- Hesab 1:1 olarkən baş məşqçi qapıçını beşinci meydan oyunçusu ilə əvəzlədi...
- Turnirin meydan sahibi kimi biz riskə getməyə borclu idik. Çünki oyunun taleyini əsas vaxtda həll etmək istəyirdik. Məhz baş məşqçinin bu dəyişikliyi oyunda həlledici an oldu. Risk özünü doğrultdu. Nəticədə də qələbə qolunu vurmağı bacardıq.
 
- Özü də qolu siz vurdunuz...
- (gülür) Hər şeyi komanda etdi. Mənə sadəcə bu imkanı qaçırmamaq qalırdı.

- Azərbaycan yığması üçün bu uğur sayca beşinci oldu...
- Biz bu mövsüm sözügedən turniri qazanmağı daha çox istəyirdik. Çünki ötən il finalda Ukraynaya uduzmuşduq. Bu dəfə həmin məğlubiyyəti unutdurmaq istəyirdik.
 
- Bilirsiz ki, gələn mövsüm bu turniri qazanmaq daha da çətin olacaq? Çünki təşkilatçılar İtaliya, Çexiya və sair kimi güclü yığmalara dəvət göndərmək istəyirlər...
- Bu, bizim yalnız xeyrimizə olan amildi. Çünki turnirin iştirakçıları nə qədər güclü olursa, oynamaq da maraqlı olur.
 
- Yığmamızın təcrübəli üzvlərindən biri kimi komandanın yeni legioneri Eduardo Melo ilə bağlı fikirləriniz də maraqlıdı...
- O, yaxşı oyunçudu. Azərbaycanda artıq bir neçə ildi çıxış edir. O, öz çıxışı ilə yığmaya dəvət almağa layiq idi. Şübhəsiz ki, Edu komandanı gücləndirəcək və Avropa çempionatının seçmə mərhələsində yığmaya fayda verəcək.
 
- Komanda AÇ-2014-ün seçmə mərhələsinə nə dərəcədə hazırdı?
- Bu turnirdəki qələbədən sonra artıq əminliklə demək olar ki, biz hazırıq. Amma yenə işləmək üçün vaxtımız var. Bundan maksimum yararlanmağa çalışacağıq. Fikrimcə, Slovakiyada bizim üçün yaxşı olacaq və uğurlu oyunlar keçirə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.