17 fevral 2013 15:38
Neftçi Simurqu məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 20-ci turunun “Simurq” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların əksəri belə hesab edir ki, bu görüşdə “Neftçi” qələbə qazanacaq. Bu varianta respondentlərin 60 faizi (242 səs) səs verib.
16 faiz (63 səs) heç-heçə olacağı qənaətindədi. “Simurq”un qalib gələcəyini isə yalnız yerdə qalan 24 faiz (98 səs) proqnozlaşdırır.
