18 fevral 2013 16:58

Slavço Georgiyevski: Neftçi ilə oyun hər iki komanda üçün çox çətin olacaq

“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski müsahibəsində “Qəbələ” ilə oyunu şərh edib, digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Qəbələ” ilə qarşılaşma barədə fikirlərinizi bilmək istərdik...
- “Qəbələ” çox yaxşı komandadı. Bizimlə oyunda güclərini bizə göstərdilər. Lakin biz düşündüyümüzü həyata keçirə bildik. “İnter” vəziyyətlərindən istifadə etdi və layiqli qələbə qazandı. İkinci hissədə biz yaxşı oynadıq. Fasilədən sonra biz qonaqlara hər hansı bir şans vermədik.
 
- İlk hissənin gedişində “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyun sxemini dəyişdi. 5 müdafiəçi ilə oyuna başlayan komanda artıq birinci hissənin gedişində 4 futbolçuyla ənənəvi xətti müdafiə oyununa keçdi. Bilmək istərdik, bu dəyişiklik komandanın oyununa necə təsir göstərdi?
- Hər şey çox sadədir. Bizim baş məşqçimiz var, hansı ki, bizim necə oynamağımıza o qərar verir, oyununun gedişində oyun sxemini dəyişdirir və futbolçular da onun düşündüklərini reallığa çevirməlidirlər. “İnter”in heyətində müxtəlif taktiki sxemlərlə hərəkət etməyi bacaran kifayət qədər məharətli futbolçular var. Ümumilikdə, hesab edirəm ki, biz rəqibdən daha yaxşı görünürdük və layiqli olaraq növbəti üç xalı qazandıq.
 
- “Xəzər Lənkəran”la səfər matçından sonra verdiyiniz müsahibələrinizin birində qeyd etmişdiniz ki, rəqib komandanın çalışdırıcısının və oyunçularından birinin KİV-ə dedikləri sözlər sizə müəyyən motivasiya vermişdi. Maraqlıdır, bəs “Qəbələ” ilə matçda sizə motivasiya verən nə oldu?
- Bu dəfə bizə turnir cədvəli motivasiya verdi. Axı indiki vəziyyətdə bizim üçün hər xal vacibdi. Bizə xal toplamaq lazımdı ki, özümüzü daha yaxşı hiss edək. Cari mövsümdə turnir cədvəli çox sıx görünür və belə vəziyyətdə hər qazanılan xalın qiyməti daha böyükdü.
 
- Artıq gələn turda “İnter”i “Neftçi”lə qarşı çətin oyun gözləyir. İlk dövrədə keçmiş komandanıza qarşı oynaya bilmədiniz. Ancaq bu dəfə meydançaya çıxa biləcəksiniz. Bilmək istərdik, çempionatın liderlərinin qarşıdakı oyunu barədə nə düşünürsünüz?
- İndi bizi kiçik istirahət gözləyir. “Qəbələ” ilə çətin matçdan sonra dincəlməliyik. Sonra “Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq. “Neftçi” ilə matça maksimal dərəcədə konsentrasiyayla yanaşmaq lazımdı. Bu oyun hər iki komanda üçün çox çətin və azarkeşlər üçün çox maraqlı olacaq. Biz növbəti üç xalı qazanmağa çalışacağıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.