18 fevral 2013 17:23
Branimir Subaşiç Qarabağın növbəti oyununu buraxmalı olacaq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç “Qarabağ”ın növbəti oyununu buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, son turun “Sumqayıt”la oyununda zədə alan futbolçu bir müddət yaşıl meydanlarda kənarda qalacaq.
Həkimlər hazırda forvardı mümkün qədər tez bir zamanda sıraya qaytarmağa çalışırlar. Amma Subaşiçin qarşıdakı turun “Rəvan”la oyununu buraxacağı dəqiqdi.
“Qarabağ” qışda transfer etdiyi futbolçunun xidmətindən yalnız “İnter”lə oyunda yararlana biləcək.
