18 fevral 2013 18:26
Simurq Bakı ilə oyun üçün hazırlıqlara başladı
Ötən gün Topaz Premyer Liqasının XX turunda "Neftçi"yə məğlub olan “Simurq” növbəti oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, səhər saatlarında keçirilən məşqdə Georgi Çixradze yetirmələrini o qədər də çox yormayıb.
Əsas heyətdə forma geyinmiş furbolçular komandadan ayrı uzun məsafəli qaçışdan sonra, isinmə hərəkətləri ilə hazırlığı bitirib. Digər qrup isə "kvadrat" və iki tərəfli oyunla bu günkü məşqi tamamlayaraq istirahətə çəkilib.
Qeyd edə ki, "Simurq" 21-ci turda Zaqatala şəhər stadionunda "Bakı"nı qonaq edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
