18 fevral 2013 11:25

“Taleyimiz öz əlimizdədi”

“Bakı”nın yarımmüdafiəçisi Lukas Mario Horvat Topaz Premyer Liqasının 20-ci turunun AZAL matçından (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- AZAL üzərindəki qələbəni necə şərh edə bilərsiz?
- Biz çətin oyun olacağını öncədən də gözləyirdik. Elə də oldu. AZAL möhkəm komandadı. Birinci hissədə biz hücumların qurulmasında çətinliklərlə üzləşirdik. Amma qoldan sonra bir qədər sərbəst oynamağa başladıq. Çünki rəqib meydanda xeyli boşluqlar buraxmağa başladı. İkinci qol isə qələbəmizə inam yaratdı. Fikrimcə, tamamilə layiqli bir qələbə qazandıq.
 
- Amma sərgilənən oyun hələ də daha yaxşısını arzulamağa vadar edir...
- Bizə indi nəticə daha vacibdi. Çünki ilk altılığa vəsiqələrin taleyi həll olunur. Belə bir anda biz baxımlı futbol barədə düşünə bilmərik. Çoxlu xallar itirmişik. Amma nə yaxşı ki, taleyimiz öz əlimizdədi.
 
- Bəs “Bakı” ilk altılıqdan kənar qalsa, necə olacaq?
- Bunu təsəvvür edə bilmirəm.
 
- İlk altılığa son iki vəsiqə uğrunda üç klub mübarizə aparır – “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran”...
- Mən yalnız öz komandam haqda danışa bilərəm. Əgər qalan iki oyunda da qələbə qazansaq, mübarizəmizi ilk altılıqda davam etdirəcəyik. Hiss olunur ki, qış fasiləsindən sonra bizim oyunumuzda inkişaf var. İndiki məqamda əsas risk etməməkdi. Əks halda hər şey çox pis nəticələnə bilər.
 
- “Bakı” həm çempionatda, həm də kubokda iddiasını davam etdirməyə qadirdi?
- Bəli. Kubok da bizim üçün çempionat qədər vacibdi. Adətən “Bakı” kubokda daha uğurlu çıxış edir, nəinki çempionatda. Amma bu dəfə hər iki turnirdə uğur qazanmaq istəyirik. Bunun üçün yetərli gücümüz, heyətimiz də var.
 
- Növbəti turda sizi “Simurq”la oyun gözləyir...
- “Simurq” yaxşı komandadı. Liderlər qrupunda qərarlaşması da təsadüfi deyil. Amma bizə üç xal çox lazımdı. Bu amil sözünü deyə bilər. Əminəm ki, “Simurq” mübarizəsiz uduzan deyil. Ona görə də bu komanda ilə görüşün AZAL-la oyundan daha çətin keçəcəyini düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.