18 fevral 2013 11:56
Elhad Nəziri oynamadı, Petrolul uduzdu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin yenicə müqavilə bağladığı Rumıniyanın “Petrolul” klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası bu dəfə Serbiyanın “Crvena Zvezda” klubu ilə qarşılaşıb.
Görüş “Petrolul”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Nəziri bu görüşdə forma geyməyib. Xatırladaq ki, o, bu klubla müqavilə bağlamazdan öncə keçirilən iki sınaq matçında meydana çıxmışdı.
