19 fevral 2013 00:05
Qarabağla oyuna hazırlıqlar başladı (FOTOREPORTAJ)
"Rəvan” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, “aslanlar” Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində fevralın 22-də "Qarabağ” ilə keçiriləcək növbəti oyun üçün hazırlıqlara başlayıb.
Ötən gün baş tutan məşq əsasən bərpa xarakterli olub. Bu səbəbdən "Kəpəz”lə matçda əsas heyətdə yer alanlar ayrıca çalışıb. İstisna kimi Nuran Qurbanovla Samuel Barlayı göstərmək olar ki, onlar da "Qarabağ”la görüşdə cəza səbəbi ilə oynaya bilməyəcək. Məşqə isinmə hərəkətləri ilə başlayan futbolçular yüngül çalışmalarla hazırlığı davam etdirib. Ardından qapıya zərbələr üzərində çalışan komanda üzvləri meydanın yarı hissəsində "kvadrat” oynamağa da imkan tapıb. Məşqin sonunda isə baş məşqçinin istəyi ilə futbolçular cərimə zərbələrinin yerinə yetirilməsinə xüsusi diqqət ayırıb.
