18 fevral 2013 12:14
Azərbaycan yığmasının müdafiəçisi Avroliqa üçün sifariş olundu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ali Gökdemir Avropa Liqasında çıxış etmək şansı qazanıb. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü Almaniyanın “Hannover” klubunun Avroliqa üçün sifariş etdiyi iştirak ərizəsinə salınıb.
Həmyerlimiz 35 nömrəli futbol geyimini seçib.
Qeyd edək ki, “Hannover” Avroliqanın 1/16 final mərhələsində Rusiyanın “Anji” klubu ilə mübarizə aparır. İlk görüşdə ruslar 3:1 hesabı ilə qalib gəlmişdilər.
