18 fevral 2013 12:37
Kəpəz istirahət etmədən məşqlərə başladı
Topaz Premyer Liqasında XXI turun oyunları çərçivəsində səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” ötən gün qarşıdakı oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, “Rəvan”la matçdan sonra komandaya dincəlmək imkanı verməyən məşqçilər korpusu “Dalğa Arena”da yetirmələrini məşqə çıxarıb.
Hazırlıq prosesindən sonra nahara çıxan futbolçular istirahətə buraxılıblar. Növbəti məşq bu gün saat 11:00-a təyin olunub.
