18 fevral 2013 13:15
Yığmamızın forvardı Anjiyə keçir
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov karyerasını Rusiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, millimizin üzvü “Anji”yə keçməyə hazırlaşır.
O, Mahaçqala klubunun gənclərdən ibarət komandasının Türkiyədə startı verilən təlim-məşq toplanışına dəvət olunub. Baxışdan uğurla keçəcəyi halda, onun “Anji” ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Umarov İspaniyanın “Elche” klubunun ikinci komandasında çıxış edirdi.
Qeyd edək ki, Umarov İspaniyanın “Elche” klubunun ikinci komandasında çıxış edirdi.
