21 fevral 2013 01:35
Barcelona Milana uduzur, Galatasaray heç-heçəyə razılaşdı (YENİLƏNİB)
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələnin dörd oyunu ötən həftə keçirilmişdi.
Bu dəfə “Arsenal” “Bayern”i, “Porto” “Malaga”nı qəbul edib. "Topçular" almanlara uduzmaqla mərhələ adlamaq şanslarını demək olar ki, heçə endiriblər. "Porto" isə ispanları minimal hesabla məğlub edib.
Son oyun günündə isə “Milan”la “Barcelona”, “Galatasaray” da “Schalke” ilə üz-üzə gəlib. Milanda meydan sahibləri iki cavabsız qolla qalib gəliblər. Türkiyə təmsilçisi isə doğma meydanda heç-heçəyə razılaşıb.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
19 fevral
Arsenal (İngiltərə) - Bayern (Almaniya) - 1:3 (0:2)
Qollar: Podolski, 55 - Kroos, 7, Müller, 20, Mandzukiç, 77.
Porto (Portuqaliya) – Malaga (İspaniya) - 1:0 (0:0)
Qol: Moutinyo, 56.
20 fevral
Milan (İtaliya) – Barcelona (İspaniya) - 2:0 (0:0)
Qollar: Boatenq, 57, Muntari, 81.
Galatasaray (Türkiyə) – Schalke (Almaniya) - 1:1 (1:1)
Qollar: B.Yılmaz, 12 - Jones, 45.
