19 fevral 2013 00:53

Rəvan 100-ə çatdı

Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Kəpəz” – "Rəvan” oyunu bir sıra əlamətdar məqamlarla yadda qalıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun 2012-ci il oktyabrın 21-dən bəri ilk səfər qələbəsini bayram etməsi və bununla 118 günlük həsrətə son qoyması ilə əlamətdar olan matçda əsas nüans yubileylə bağlı olub.
 
Belə ki, "Rəvan” Azərbaycan çempionatı çərçivəsində düz 100-cü oyununu keçirib. Qeyd edək ki, bura ölkə kubokunun oyunları daxil deyil. Söhbət yalnız I divizion və Premyer Liqa görüşlərindən gedir. 2009-cu ildə yaranmış komanda I divizionda keçirdiyi ilk 2 mövsümdə 48 oyuna çıxmışdısa, elitada artıq 52 matçda iştirak edib. Yubileyi qələbə ilə "yuyan” "Rəvan”ın bu matçların 46-da qələbə əldə etdiyini də vurğulayaq. Yerdə qalan 54 oyunda 22 heç-heçə və 32 məğlubiyyət qeydə alınıb. Topların fərqi isə 145:112-dir.
 
Cari mövsüm 2-ci dəfə ardıcıl 2 "quru” qələbə əldə edən komandanın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas isə "Rəvan” forması ilə Premyer Liqada debütdəcə ardıcıl 2 oyunda fərqlənən ilk futbolçu oldu. Ümumiyyətlə, Premyer Liqada qollu seriya baxımından klubun rekordçusu Nemanya Vidakoviçdi. Serbiyalı futbolçu ötən mövsümün son 3 oyununda "Kəpəz”, "Simurq” və "Sumqayıt”ı məyus etmişdi.
 
Mövsümün ilk yarısını "Bakı”da keçirdikdən sonra komandaya geri dönən Ramazan Abbasov 2012-ci il aprelin 28-dən bəri "Rəvan”da ilk qolunu vurdu. Bununla da o, çempionatda 294 gündən sonra "Rəvan” forması ilə qola sevinmiş oldu. Maraqlıdır ki, o, komandada bundan öncəki son qolunu da məhz "Kəpəz”ə vurmuşdu. Başqa sözlə, "Rəvan”ın Gəncə təmsilçisini üstələdiyi oyunların hər ikisində Abbasovun xüsusi rolu olub.
 
"Kəpəz”lə oyunun 87-ci dəqiqəsində meydana çıxan Ayaz Mehdiyev isə Premyer Liqada "Rəvan” forması geymiş 50-ci futbolçu oldu. Bu baxımdan Miloş Zeçeviçlə Samuel Barlayın hamıdan öndə olduğunu da bildirək: legionerlər 47 Premyer Liqa görüşündə meydana çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.