18 fevral 2013 16:02

Rəşad Sadiqov: İnter bizə qarşı açıq futbol sərgiləyə bilməz

“Neftçi”nin kapitanı Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində “Simurq”la oyunu şərh edib, eləcə də “İnter”ə qarşı keçirəcəkləri növbəti oyundan danışıb.
 
- “Simurq”la oyun haqda fikirlərinizi bilmək istərdik...
- Bilirdik ki, çətin oyun olacaq. “Simurq” evdə çox yaxşı oynayır. Oyunun ilk 10-15 dəqiqəsində bərabər mübarizə getdi. Amma getdikcə biz öz oyunumuzu tapmağa, təhlükəli vəziyyətlər yaratmağa başladıq. 2:0 hesabıyla qalib gəlsək də, daha çox qol vura bilərdik.
 
- “Neftçi” “Simurq”a demək olar ki, oynamaq imkanı vermədi...
- “Simurq”u yaxşı öyrənmişdik. Həm də “Neftçi” turdan-tura daha da artırır.
 
- Bu oyundakı qollardan birini də siz vurdunuz...
- Gələcəkdə də belə qollar vurmağa çalışacağam.
 
- Qarşıdakı turda sizi lider “İnter”lə duel gözləyir...
- Onlarla oyunda da bizi ancaq qələbə qane edir. Bilirik ki, liderə qarşı oynayacağıq. Əgər məğlub olsaq, xal fərqi arta bilər. Buna imkan vermək olmaz. “Neftçi” altılıq oyunlarına lider kimi başlamaq istəyir. Birinci yer üçün çox darıxmışıq.
 
- Amma məhz “İnter”lə oyunlarınız alınmır...
- Mən belə şeylərə inanmıram. Hər bir komanda qələbə də qazana bilər, uduza da. “Neftçi” hazırda yüksəlişdədi. “İnter” də layiqli rəqibdi. İki nəhəng klubun mübarizəsi baş tutacaq. Bizim geriyə yolumuz yoxdu.
 
- “İnter”in son oyunlarına baxmısız?
- Bəli. Onlar sabit oyun sərgiləyirlər. Zəif yerləri demək olar ki, yoxdu. Güclü baş məşqçiləri var. Komandanın uğurlarında onun xidməti böyükdü.
 
- Heç-heçəyə razılaşacaqsız?
- Heç-heçə heç kimə lazım deyil. Qol vurmaq, qələbə qazanmaq lazımdı. “İnter”ə qol vurmaq çətin olacaq. Çünki onlar müdafiədən oynayırlar. Amma bu, bizim problemdi. Fikrimcə, onların qapısına yol tapmağı bacaracağıq.
 
- Mahir Şükürov deyib ki, “Neftçi” açıq futbol oynayan istənilən komandanı məğlub edə bilər.
- O, düz deyib. Hazırda bizə qarşı belə oynamaq çox risklidi. Hətta “Qarabağ” kimi komanda da bizə qarşı bir qədər müdafiəyə meylli futbol oynamağa üstünlük verir. Əgər məşqçi olsaydım, mən də “Neftçi”yə qarşı açıq futbol oynatmazdım. Əminəm ki, “İnter” də belə riskə getməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.