18 fevral 2013 16:33
Karles Bakes Xəzər Lənkərana istirahət verdi
Topaz Premyer Liqasının 20-ci turunda “Turan” üzərində 4:2 hesablı qələbəyə sevinən “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes yetirmələrinə bir günlük istirahət verməyi qərara alıb. Azerisport.az xəbər verir ki, bu gün komanda bir yüngül məşqlə kifayətlənib.
Sabah isə futbolçular istirahət edəcəklər. Bu gün baş tutan məşqdə zədəli Roberto Alviz iştirak etməyib. Onunla yanaşı əməliyyatdan sonra bərpa dövrünü tam arxada qoymamış Radomir Todorov da hazırlıqlara qatılmır.
Qeyd edək ki, “Xəzər Lənkəran” fevralın 23-də növbəti tur çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” fevralın 23-də növbəti tur çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq.
