18 fevral 2013 16:44
Kəpəz rəhbərliyi Qurbanovun istefasını qəbul etmədi
“Kəpəz” rəhbərliyi baş məşqçi Mahmud Qurbanovun istefasına imkan verməyib. Azerisport.az xəbər verir ki, klub prezidenti Elmir Əliyev onun mövsümünün sonunadək postunda qalmasına razı sala bilib.
Qeyd edək ki, “Kəpəz” hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb. Qurbanov “Rəvan”a son turdakı məğlubiyyətdən sonra istefası ilə bağlı rəhbərliyə müraciət edəcəyini açıqlamışdı.
