19 fevral 2013 16:58
Qarabağ Rəvan üçün başladı
“Qarabağ” Premyer Liqanın 21-ci turunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, cümə günü təsnifat mərhələsində sonuncu səfər görüşünə çıxacaq komanda 2 məşqlə hazırlaşır.
“Rəvan”ın qonağı olacaq komanda ilk məşqini Suraxanı qəsəbə stadionunda edib. “Qarabağ” məşqləri tam heyətlə keçə bilmir. Yeni transfer Branimir Subaşiç “Sumqayıt”la baş tutan sonuncu görüşdə zədələnib. Qolunu zədələyən 31 yaşlı forvardın “Rəvan”la oyunu buraxacağı dəqiqdi. Banenin gələn həftə “İnter”lə oyuna yetişəcəyi gözlənilir.
“Qarabağ” sabahdan etibarən “Rəvan”la oyun üçün “kamp”a yığışacaq.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” fevralın 22-də, Bayıldakı yeni arenada, 15:00-da keçiriləcək.
