19 fevral 2013 17:56

FIFA MDB çempionatının təşkili haqqında ideyanı dəstəkləməyəcək

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) heç vaxt MDB çempionatının təşkili haqqında ideyanı dəstəkləməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İTAR-TASS-a FIFA-nin İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahından bazar ertəsi Moskvada "Birləşmiş çempionat"ın Təşkilat Komitəsinin iclasını şərh edərkən bildiriblər.
 
İclasda Rusiyanın Futbol Premyer Liqasının (RFPL), Rusiya və Ukraynanın bir sıra klublarının rəhbərləri iştirak ediblər.
 
"MDB çempionatının yaradılması FIFA-nın prinsiplərinə ziddir, ona görə də FIFA heç vaxt bu ideyanı dəstəkləməyəcək. Klublar klub yarışları təşkil etməlidirlər, lakin milli çempionatlar çərçivəsində. Milli liqaları dəstəkləmək lazımdır", - İTAR-TASS dünya futbolunun rəhbər orqanı prezidenti Yozef Blatterin sözlərindən sitat gətirir.
 
Blatterin sözlərinə görə, "bütün futbol ailələrinin siyasəti belədir".
 
"Biz heç vaxt milli çempionatların sərhədlərinə yenidən baxmayacağıq. Avropada təkcə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Çempionlar Liqası kimi transsərhəd klub yarışları təşkil etmək hüququ var. Başqa konfederasiyalara da eyni cür yanaşılır, misal üçün, Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) təşkil etdiyi Libertadores Kuboku", - Blatter bildirib.
 
O qeyd edib ki, FIFA heç vaxt belə layihəyə icazə verməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.