19 fevral 2013 18:11
“Bakının ilk altılıqda yer alacağına inanıram”
“Bakı”nın hücumçusu Marius Pena Topaz Premyer Liqasının 20-ci turunun AZAL-la oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Oyun heç də asan olmadı. AZAL-la görüşdə üç xal qazanmaq bizim üçün çox vacib idi. Artıq ilk altılığa düşmək şanslarımız artıb. Sakitləşmək olmaz. Düzdü, “Turan” üzərində qələbə “Xəzər Lənkəran”ı yenidən altıncı pilləyə qaytardı. Amma qarşıda hələ iki oyun var. Əgər onları qalib başa vura bilsək, uğur qazanmağımız mümkündü. Bilirəm ki, ilk altılıq uğrunda böyük rəqabət var.Amma mən komandamızın istəyinə çatacağına inanıram”.

“Bakı”ya gələndən bəri ardıcıl qollar vuran Pena son turda qolsuz ötüşməli oldu: “Əlbəttə, bu görüşdə qol vura bilməməyim yaxşı olmadı. Amma bu, qələbə qazanmağımızın yanında çox əhəmiyyətsiz bir amildi. Kimin qol vurması önəmsizdi. Əsas odu, komanda qələbə qazandı”.
Paytaxt klubu hazırda ideal oyun sərgiləmir. Amma rumıniyalı futbolçu bunu müvəqqəti hesab edir: “Qışda komandaya xeyli yeni oyunçu gəldi. Onlardan biri də mənəm. Hələlik bizə müəyyən qədər vaxt lazımdı ki, bir-birimizə tam uyğunlaşa bilək. Əminəm ki, ondan sonra daha yaxşı futbol sərgiləyəcəyik”.