19 fevral 2013 18:29
AZAL-ın prezidenti komandanın qarşısına hədəf qoydu
Bu gün AZAL-ın prezidenti Zaur Axundovla komandanın baş məşqçisi Vaqif Sadıqov arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüş zamanı “təyyarəçilər”in son oyunlardakı uğursuzluqları müzakirə olunub.
Eyni zamanda komandanın gələcək planlarına da aydınlıq gətirilib. Axundov komandanın qarşısına Premyer Liqanın ilkin mərhələsinin son iki oyununda qələbə qazanmaq hədəfini qoyub. Çünki komandanın ilk altılığa düşməsi üçün ən azı bu vəzifənin öhdəsindən gəlməsi vacibdi.
