19 fevral 2013 19:18
İkisi meydana, biri yatağa
"Komandamızın xəstə olan futbolçularından Elgiz Kərimli və Şahin Kərimovun sağlıq durumu yaxşıdır və onların hər ikisi dünəndən başlayaraq məşqlərdə iştirak edir". Azerisport.az xəbər verir ki, bu sözlər "Kəpəz"in həkimi Şıxəli Həsənova məxsusdu.
Onun bildirdiyinə görə, ötən həftənin son günlərində yüksək hərarəti olan futbolçular yuxarı tənəffüs yollarının kataraktı xəstəliyindən əziyyət çəkiblər. Lakin düzgün müalicədən sonra tezliklə ayağa qalxıblar.
Qeyd edək ki, xəstəlik səbəbindən Kərimli "Rəvan"a qarşı oyunda heyətə düşə bilməyibsə, Kərimov 18-likdə yer alıb. Amma meydana çıxa bilməyib. Komandamızın daha bir futbolçusu Elvin Həsənliyev isə mədə-bağırsaq sisteminin yüngül funksional pozğunluğu səbəbindən oyunçu yoldaşlarından ayrı düşüb.
