19 fevral 2013 12:48
Qarabağ azarkeşlərinə görə ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqələrində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğuna görə klub 1000 manat cərimə olunub.
“İnter” – “Qəbələ” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
