19 fevral 2013 13:07
Xəzər Lənkəranın futbolçusuna iki oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Xəzər Lənkəran” – “Turan” oyunun 78-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Fuad İsmayılzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
