19 fevral 2013 13:26
Ceyhun Sultanov: Qəbələ hər oyunda belə səhvlər buraxmağa hazırlaşmır
“Qəbələ”nin yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”ə məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- Rəqibdən daha yaxşı oynadıq. “İnter” qapımıza cəmi iki normal zərb endirdi, onlar da qolla nəticələndi. Belə məğlubiyyətlə üzləşmək çox ağırdı. Bu oyunda uduzmalı deyildik.
- Rəqibdən daha yaxşı oynadıq. “İnter” qapımıza cəmi iki normal zərb endirdi, onlar da qolla nəticələndi. Belə məğlubiyyətlə üzləşmək çox ağırdı. Bu oyunda uduzmalı deyildik.
- Deməli, komandanızın çıxışından razısız?
- Heç də pis oyun keçirmədik. Sadəcə, bəxtimiz gətimədi. İki kobud səhv bizi xalsız qoydu.
- Heç də pis oyun keçirmədik. Sadəcə, bəxtimiz gətimədi. İki kobud səhv bizi xalsız qoydu.
- Siz oyuna hesab 1:1 olarkən qoşuldunuz, amma meydanı məğlub tərk etdiniz...
- Əlimdən gələni etdim. Buraxılan qoldan sonra nəsə etmək çətin idi. Baş məşqçiyə etimadına görə təşəkkürümü bildirirəm. Qarşıdakı oyunlarda komandama faydalı olmağa çalışacam.
- “Qəbələ”ni “Xəzər Lənkəran” və “Bakı” ilə oyunlar gözləyir. Belədə sizi də sabiq klublarınızla görüş gözləyir...
- (gülümsəyir) Deməli, daha maraqlı olacaq. “İnter”ə məğlubiyyətdən sonra vəziyyət xeyli çətinləşdi. Artıq bizim xal itirməyə haqqımız qalmayıb. “Xəzər Lənkəran”ı evdə qəbul edəcəyik. Bu komandanı mütləq məğlub etməliyik.
- Bəs “Bakı” ilə oyun?
- “Bakı” ilə AZAL-ın qarşıdakı turda necə oynamasından da çox şey asılıdı.
- “Bakı” ilə AZAL-ın qarşıdakı turda necə oynamasından da çox şey asılıdı.
- “Xəzər Lənkəran”la oyun “Qəbələ”nin taleyinə aydınlıq gətirə bilər?
- Qələbə bizim ilk altılığa düşməyimizi təmin edə bilər.
- Qələbə bizim ilk altılığa düşməyimizi təmin edə bilər.
- Sizcə, müdafiə xəttindəki kobud səhvlər qarşıdakı iki oyunda uğur qazanmağınıza mane ola bilər?
- Biz hər oyunda belə səhvlər buraxmağa hazırlaşmırıq. Elə hücumçular da bu qədər qol şanslarını boşa verməməlidilər. Son turlarda komanda daha yaxşı çıxış etməlidi.
- Biz hər oyunda belə səhvlər buraxmağa hazırlaşmırıq. Elə hücumçular da bu qədər qol şanslarını boşa verməməlidilər. Son turlarda komanda daha yaxşı çıxış etməlidi.
