19 fevral 2013 13:57
“Vaqif Sadıqovun postunda qalıb-qalmamasına klub prezidenti qərar verəcək”
AZAL-ın vitse-prezidenti Vaqif Qasımov komandanın baş məşqçisi Vaqif Sadıqovun komandadakı gələcək taleyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaxşı komandamız var. Amma təəssüf ki, bəxtimiz gətirmir. Qış fasiləsindən sonra uğursuzluqlar bizi izləyir. Oyun var, qol vura bilmirik. Hakimlər də komandamıza qarşı haqsızlıq edirlər. Səbəbini də bilmirəm. Artıq ilk altılığa düşmək şanslarımızı itirdiyimizi düşünürəm. Hər şey itirilmiş hesab oluna bilər. “Simurq”u məğlub etmək lazım idi. Bax onda şansımız olardı. “Bakı” ilə oyunun da ilk hissəsində hakim penaltimizi versəydi, hər şey tam fərqli də bitə bilərdi. Hələ nə olacağını bilmirəm. Amma yəqin ki, müəyyən qərarlar çıxarılacaq. Vaqif Sadıqovun postunda qalıb-qalmamasına klub prezidenti qərar verəcək”.